Haqqımda
Mən Səidə Şabanova — psixonumerologiya və rəqəmsal psixologiya sahəsində fəaliyyət göstərən
mütəxəssisəm. Psixonumerologiyada hər bir rəqəm özünəməxsus arxetipik enerji daşıyır və hər bir
insanın doğum tarixində onun həyat yolu və daxili potensialını əks etdirən həyat şifrələri
mövcuddur.
Məqsədim sizi bu şifrələrlə tanış etmək, rəqəmlərin dili ilə daxili dünyanızı, şüuraltı davranış
modellərinizi, gizli potensialınızı və bu həyatda daşıdığınız missiyanı kəşf etməyinizə dəstək
olmaqdır.
Eyni zamanda illər ərzində şəxsi inkişaf, psixologiya sahəsində qazandığım biliklər, NLP
(Neyro-Linqvistik Proqramlaşdırma) metodlarını və təcrübəmi birləşdirərək, insanlara öz daxili
gücünü kəşf etməyə, kölgə yanlarını dərk etməyə və həyatdakı çətinlikləri fürsətə çevirməyə
kömək edirəm.
Hər bir insan dəyişmək və inkişaf etmək üçün lazım olan bütün resurslara sahibdir. Mənim rolum
bu resursları üzə çıxarmaq, özünüzü daha dərindən tanıma yolunda sizə bələdçilik etməkdir.
İndiyə qədər apardığım yüzlərlə fərdi xəritə analizi, hər bir insanın həyat yolunun nə qədər
fərqli və unikal olduğunu göstərib. Sizin üçün ən doğru istiqaməti müəyyən etmək üçün gəlin bu
inkişaf yolunu birlikdə addımlayaq!